Vərəmli xəstə əsgər aparılıb
18-05-2012, 11:00
Oxunub: 5 782
Yoluxucu virus daışıyıcısı hərbi hissədə aşpaz işlədilir
Orduya çağırışla bağlı qanunsuzluqlar davam edir. Bu barədə bugünkü mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov danışıb: “Növbəti çağırış qurbanı Astara rayonunun Miki kəndinin 29 yaşlı sakini İlham Şəfəqqətov oldu. O, hələ 10 il əvvəl Hərbi Komissarlığın komissiyası tərəfindən orduda xidmətə yararsız hesab olunub və hərbi bilet alıb. Amma bu ilinj yanvarında Şəfəqqətov ”qeyri-sıravi hərbi qulluğa yararlı" hesab olunub və hərbi hissələrdən birinə aşpaz olaraq xidmətə göndərilib. Yanvarın sonlarından bu günə qədər, yəni xidmət etdiyi dörd ay ərzində o, ümumilikdə 3 ayı hərbi hospitallarda keçirib.
Şəfəqqətov onikibarmaq bağırsağın xorasından, onurğa əyriliyindən, burun çəpərinin əyriliyindən əziyyət çəkir. Bununla belə, onu nədənsə Tərtər rayonuna göndəriblər, bir neçə gün orada xidmət etdikdən sonra o, Gəncə hospitalına düşüb. Bütün xəstəliklər toplusu onun komissiyadan keçirilməsi üçün əsas verir. Lakin bu, baş vermir". Ə.Məmmədov deyib ki, İlhamla birlikdə onun iki qardaşı - 24 yaşlı Faiq və 20 yaşlı Elnur da xidmətə çağırılıb və hər ikisi Tərtər rayonunda xidmət edir: “Elnur ürək və böyrək çatışmazlığından əziyyət çəkir, Faiq isə vərəm xəstəsidir, Astara və Lənkəran vərəm dispanserlərində qeydiyyatdadır. Amma ən dəhşətlisi budur ki, o, hərbi hissədə aşpazdır! Əvvəllər Azərbaycan ordusunda karların və korların xidmət etdiyinə rast gəlinib, indi isə vərəm də peyda oldu”.
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər