Jurnalistlər üçün tikilən bina ilin sonunda təhvil veriləcək
7-03-2016, 14:56
Oxunub: 4 073
“Jurnalistlər üçün bu il evlərin hansı kriteriyalara uyğun veriləcəyi hələlik məlum deyil
Bunlar müəyyənləşəndən sonra elan olunacaq və ev üçün namizəd olan jurnalistlərin siyahısı bəlli olacaq”.
Bunu virtualaz.org saytına açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
O, həmçinin vurğulayıb ki, binanın tikintisi hazırda davam edir: “Hər şey qaydasındadır. Binanın ilin sonuna təhvil verilməsi planlaşdırılır”.
Məlumat üçün bildirək ki, yeni tikilən binanın 17 mərtəbəsi, 3 bloku və 255 mənzili olacaq.
2013-cü ildə jurnalistlər üçün verilən binada isə 156 mənzil olub.
Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə 2010-cu il iyulun 22-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər