İcra başçısı hicablı qadını hədələdi
19-05-2012, 11:10
Oxunub: 6 005
Zərdabın rəhbəri Lütvəli Babayev iclasda qadına «ya hicabı çıxar, ya da istefa ərizəni yaz, çıx get» deyib
Azərbaycanda mütəmadi olaraq dindarların şikayət etdiyi hicabla bağlı problemlərin yarandığı müşahidə olunur. Belə problemlərdən biri də ötən gün Zərdab rayonunda yaşanıb. Bu barədə məlumatı rayon sakinlərindən biri sosial şəbəkələrdə yayıb.
Tia.az xəbər verir ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iki gün öncə keçirdiyi iclasda hicab bağlamış bir qadını toplantıdan qovub. Tələbi də bu olub ki, əgər qadın hicabını açmasa, nə işdə qalacaq, nə də toplantıya qatıla biləcək.
Düzdür, təəssüf ki, həmin qadın qorxusundan başını açaraq, yenidən iclasa qatılıb. Amma bunu da onun ehtiyacının çoxluğu ilə və işini itirərsə, ailəsində sıxıntılarının yaranması ilə izah ediblər.
Bundan başqa, Lütvəli Babayevin Zərdabda yeni qaydalar tətbiq etdiyinə dair də məlumatlar var. Tia.az xəbər verir ki, icra başçısının yeni qərarına əsasən bundan sonra rayonda kim işə düzəlmək istəyirsə, ilk növbədə YAP-a üzv olmalıdır. Əks təqdirdə, həmin şəxsin işlə təmini mümkün deyil.
Məlumatda deyilir ki, icra başçısının belə qərarından sonra rayon gəncləri arasında narazılıq yaranıb. Çünki onların bir çoxları heç bir siyasi təşkilatın üzvü olmaq istəmirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər