Neftçalada: "boz kardinal"ın biznesi - Siyahı
11-03-2016, 13:52
Oxunub: 4 144
NUH.az Neftçalada araşdırma aparıb.
Bolgexeber.com xəbər verir ki, rayonun “boz kardinal”ı sayılan gəncəli Rafiqin əməlləri ifşa olunub.
O, icra başçısının Birinci müavini, təcrübəli kadr Dilavər Əliyevi vəzifədən uzaqlaşdırmağa, Mustafa Əliyevə himayədarlıq edərək onu icra hakimiyyətinə şöbə müdiri gətirməyə nail olub. Rafiqin yaxın dost münasibətində olduğu Aydın Aslanov məhz onun yaxından dəstəyi nəticəsində Neftçala bələdiyyəsinin sədri vəzifəsinə təyin olunub.
Gəncəli Rafiq həyat yoldaşını isə 3 saylı orta məktəbin direktoru təyin etdirib. Belə ki, Gülqədəm adlı qadını Neftçala şəhəri üzrə icra nümayəndəsi təyin etdirmiş, ona dəstək kimi Gəncədən həmyerlisi Aslan adlı şəxsi əvvəlcə bazarkom, sonradan isə şəhər icra nümayəndəliyinə baş mühasib gətirib.
Neftçala şəhər Kommunal Təsərrüfat İdarəsinə Seyid Mirmehdini rəsi təyin etdirən də “Gəncəli Rafiq” olub. “Gəncəli Rafiq” bu yaxınlarda Yeniqışlaq bələdiyyəsinin sədri işləmiş, şəhid atası İmanxan Orucovu ləkələtdirərək vəzifəsindən uzaqlaşdırmış və yerinə öz sədaqətli kadrlarından birini seçdirmişdir. Umumiyyətlə, rayonda əksər rəhbər vəzifələrə irəli çəkilənlər Rafiqlə razılaşdıqdan sonra təyinatlarını alırlar.
Bütün bu qeyd etdiklərimizə nəzər yetirsək görərik ki, Neftçala rayonunun əsl sahibi gəncəli Rafiqdir. Rafiq öz şəxsi biznesini də unutmayıb, rayonda "Avtotursit-Otel” restoranı açıb. Rayonun girəcəyində Yem istehsal zavodunu özü üçün nəhəng taxıl anbarına çevirib.
Rayonun “biz kardinal”ı Neftçala camaatının istirahət yeri olan axmazı öz şəxsi nohuruna çevirmiş, min hektarlarla kənd təsərrüfat təyinatlı torpaqları öz inhisarına alıb. Rafiq Aqrolizinq adlı quruma öz kadrını yerləşdirərək orada gübrələrin gətirilib paylanmasından tutmuş, kənd təsərrüfatı texnikasından istifadəyə qədər olan əməliyyatlara şəxsən başçılıq edir.
Gəncəli Rafiq rayonun Şirvanlı kəndi ərazisindəki kurort zonasından özü və yaxınları üçün torpaq sahələri əldə etmiş, orada olan tikinti-qum karxanasını ələ keçirib. Geniş reportajı yaxın günlərdə oxuya bilərsiniz...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər