BolgeXeber.Com » Bölgə » Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR

Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR

18-03-2016, 10:03
Oxunub: 1 845  Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələri rayon ictimayyiyətinin nümayəndələri ilə birlikdə Novruz bayramı münasibəti ilə N saylı hərbi hissədə olmuş, hərbçilərə bayram sovqatı aparmışlar.

Bolgexeber.com xəbər verir ki, tədbiri hərbi hissənin komandir müavini mayor Qafqaz Əsgərov açaraq əsgərləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Mahir Əliyev əsgər və zabit heyyətini bayram münasibəti ilə təbrik etmiş, onlara xidmətlərində uğurlar arzulamışdır.
Sonra rayon hərbi prokuroru Fuad Məmmədov çıxış edərək hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin bayram münasibəti ilə təbrikini çatdırmışdı.
Azərbaycan Vətən Müharibəsi Birliyinin rayon şöbəsinin sədri “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərovun çıxışı əsgərlərdə yüksək əhval-ruhiyyə yaratdı.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri Milli bayramımız-Novruz bayramı münasibəti ilə təbrik etmiş, müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın umummilli lideri Heydər Əliyevin şah əsərindən biri adlandırmışdır. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirmişdir. Qeyd etmişdir ki, düşmənlə 48 km təmas xətti olan cəbhə bölgəsində hərbi xidmət keçməyin məsuliyyət yükü daha böyükdür. Respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhraman tərtərlilər düşmənə bir qarış da torpaq verməmişlər.
Çıxışının sonunda rayon rəhbəri bir daha əsğər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik etmiş, tərtərlilərin tezliklə Azərbaycan bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına inandıqlarını bildirmişdir.
Tədbirdə respublika prokurorluğu və rayon icra hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr və bayram sovqatı verilmişdir.
Sonra rayon mədəniyyət evinin özfəaliyyət kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış etdilər.
 Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR
 Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR
 Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR
 Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR
 Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR
 Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR
 Tərtərin icra başçısı əsgərlərə Novruz sevinci yaşatdı - FOTOLAR