BolgeXeber.Com » Bölgə » Ramiz Yediyarov "toxunulmaz" deyil", sadəcə... - Hər dəfəsində şansı gətirib
Ramiz Yediyarov "toxunulmaz" deyil", sadəcə... - Hər dəfəsində şansı gətirib
1-04-2016, 15:28
Oxunub: 7 751
Son zamanlar barəsində ən çox şikayət olunan icra başçılarından biri Gədəbəyin RİH rəhbəri Ramiz Yediyarovdur
Qeyd edək ki, bu günə qədər yerli KİV-lərdə yer alan materiallardan belə bir təəssürat yaranır ki, əsasən "sahibkarların qənimi" kimi ad çıxarmış Yediyarova kimsə "gözün üstündə qaşın var" deyə bilməz. Doğrudandamı, bu belədir?
DİA.AZ bildirir ki, hər halda, görünəni belədir və Maliyyə Nazirliyinin rəhbərliyində qərarlaşan himayədarları hesabına meydan sulayan və hətta obyektini uçurduğu sahibkarları ölüm həddinə qədər çatdıran Ramiz Yediyarov zaman-zaman "toxunulmaz icra başçısı" statusuna yiyələnə bilib.
Bununla bağlı danışan hökumətdəki məlumatlı mənbə bildirir ki, bütün bunlar reallıqdan uzaqdır: "Təbii ki, hər bir icra başçısının söykəndiyi, istinad etdiyi qüvvə var. Amma Ramiz Yediyarov "toxunulmaz" deyil", sadəcə olaraq hər dəfəsində şansı yavər gətirib və bu gün onu himayə edən qüvvələr kifayət qədər etibarlı fiqur hesab olunduqlarından onunla bağlı da qəti qərarın çıxarılması ertələnməkdədir".
Mənbə dia.az-a bildirir ki, amma yaxın günlərdə Gədəbəy rayonun rəhbərliyinə əı gədiriləcək: "Konkret olaraq bir neçə rayonun başçısının vəzifəsindən azad edilməsi gözlənilir. Onların arasında Yediyarov da var. Lakin bu dəfə də yeni təyinat ola bilər. Yəni gözlənilir ki, Yediyarov paytaxt rayonlarından birinin rəhbərliyinə gətirilsin".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər