“Son zəng” qana boyandı - 2 məzun həlak oldu
31-05-2012, 21:00
Oxunub: 5 814
Yevlaxda 4 nəfərin ölümünə səbəb olan ağır yol qəzası baş verib.
Bolgexeber.com-un milli.az-a istinadən məlumatına görə, Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində Mingəçevir-Xaldan, Xaldan-Şəki, Mingəçevir-Şəki yollarını birləşdirən dairəvi yolda tərəvəz məhsulları yüklənmiş 10-EV-709 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobillə, içərisində məzunların olduğu 66-BJ-874 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil toqquşub.
Baş verən hadisə zamanı VAZ 2107 markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Abdullayev Emil, 2 nəfər məzun və VAZ 2106 markalı avtomobildəki şəxsiyyəti məlum olmayan qadın dünyasını dəyişib. Məzunlardan biri hadisə yerində, biri Mingəçevir xəstəxanasına aparılarakən yolda ölüb.
Abdullayev Emil isə Mingəçevir Mərkəzi şəhər xəstəxanasında dünyasını dəyişib. 3 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Onların vəziyyəti olduqca ağırdır.
Şahidlərin sözlərinə görə, dəhşətli qəzaya yüksək sürət səbəb olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər