Tərtərin icra başçısı: "Cəbhə kəndlərində bərpa işləri aparılır"
7-04-2016, 15:58
Oxunub: 3 662
"Tərtər rayonunun ermənilərin atəşinə məruz qalan cəbhəboyu kəndlərində bərpa işlərinə başlanılıb"
Bunu açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.
Onun sözlərinə görə, ermənilərin son bir neçə gündə cəbhə kəndlərini artilleriya silahlarından şiddətli atəşə tutması nəticəsində yaşayış məntəqələrinə ciddi ziyan dəyib: "Ən çox ziyan rayonun Qapanlı kəndinə dəyib. Kəndin 46 evinə mərmi düşüb, elektrik və qaz təchizatı, su xətləri tamamilə sıradan çıxıb".
İcra başçısı qeyd edib ki, rayonun Qapanlı kəndində infrastrukturu bərpa etmək üçün təmir və yenidənqurma işləri aparılır: "Bundan başqa rayonun Qaradağlı kəndinə ciddi ziyan dəyib. Həmin kənddə təmir və yenidənqurma işləri aparılır. Hazırda əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib".
Qeyd edək ki, son günlər ermənilərin cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda ümumilikdə 162 evə ziyan dəyib.
Bolgexeber.com
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər