BolgeXeber.Com » Bölgə » Füzulidən olan ziyalılar prezidentə MÜRACİƏT ETDİ

Füzulidən olan ziyalılar prezidentə MÜRACİƏT ETDİ

8-04-2016, 13:32
Oxunub: 3 894 Füzulidən olan ziyalılar prezidentə MÜRACİƏT ETDİAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə


Hörmətli cənab Prezident!
Aprel ayının 1-dən 2-ə keçən gecə erməni hərbi birləşmələrinin təmas xəttində törətdiyi növbəti təxribat xarakterli hərəkətlərə, fitnəkarlığa layiqli cavab verən ordumuzun qələbəsi bütün Azərbaycan vətəndaşlarının, o cümlədən füzulililərin qəlbini qürur hissi ilə doldurdu. Rəşadətli Azərbaycan əsgəri ölkə Prezidentinə, Ali Baş Komandana sədaqətini, əsgəri anda sadiqliyini, hər an düşmənə layiqli cavab vermək iqtidarında olduğunu bir daha bütün dünyaya bəyan etdi.
Sizin müdrikliklə söylədiyiniz “Azərbaycan güclü dövlətdir, onun güclü Ordusu var” sözlərinin həqiqət olduğu bir daha sübuta yetirildi. Erməni işğalçılarının törətdiyi təxribatlardan illərdir əziyyət çəkən və hər an ölüm təhlükəsi ilə üzləşən füzulililər artıq tam sakit, təhlükəsiz həyat sürəcəklərinə əmindirlər. Bu gün illərlə qəlbimizi bürüyən məğlubiyyət hissləri qələbə sevinci ilə dolub. Bütün bunlara görə Sizə Füzulinin sadə əmək adamları və ziyalıları adından dərin minnətdarlığımızı, məhəbbətimizi bildiririk. Biz Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyirik, hər an sizinləyik və xoşbəxtik ki, Ulu Öndərin arzuları həyata keçir, Azərbaycan xalqı xoşbəxt, firavan həyat sürür.
Füzulililər bir daha əmin oldular ki, xalqı qoruya bilən güclü ordumuz və ölkəyə rəhbərlik edən müdrik prezidentimiz var.
Allah Sizi qorusun!

Hörmət və dərin ehtiramla,

1. Füzuli sakini, Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinin direktoru, Rusiya Federasiyasının Tibbi Texniki ElmləriAkademiyasının Akademiki, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Professor Qalib Qarayev.

2. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, Professor Arif Quluyev.

3. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, İqtisad elmləri doktoru, Professor Akif Musayev.

4. Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki, Riyaziyyat elmləri doktoru, Professor Hətəm Quluyev.

5. Təqaüddə olan Riyaziyyat elmləri doktoru, Professor Məmməd Məmmədov.

6. Azərbaycan İqtisad Universitetinin professoru, İqtisad elmləri doktoru, Professor Cəmilə Namazova.

7. Azərbaycan İqtisad Universitetinin professoru, İqtisad elmləri doktoru,
Professor Təranə Kərimova.

8. Azərbaycan Tibb Universitetinin professoru, Tibb elmləri doktoru, Professor Mübariz Əliyev.

9. Azərbaycan Tibb Universitetinin professoru, Tibb elmləri doktoru,Professor Nadir Hüseynov.

10. Azərbaycan Tibb Universitetinin assistenti, Tibb üzrə fəlsəfə doktoru, Müşviq Həsənov.

11. Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinin şöbə müdiri,
Tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Qarayeva.

12. Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitunun şöbə müdiri , Tibb üzrə fəlsəfə doktoru Könül Qarayeva.

13. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Qospitalının həkim-ordinatoru, tibb üzrə fəlsəfə doktoru Günel Qarayeva.

14. C. Abdullayev adına Kardiologiya İnstitunun əməkdaşı tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli.
Bolgexeber.com