Gədəbəyin icra başçısının qanunsuzluğu rəsmən təsdiq olunub
4-06-2012, 00:15
Oxunub: 3 428
Müxalifətçiyə Nazirlər Kabinetindən “mülkünüz qanunsuz sökülüb” cavabı verilib
Mayın 22-də KXCP Ali Məclisinin üzvü Əli Abdullayevin Gədəbəy rayonunun mərkəzindəki 440 kvadrat metr özəlləşdirilmiş torpaq sahəsinin üstündə tikdirdiyi 636 kvadrat metr üçmərtəbəli mülkün rayonun icra başçısı Ramiz Yediyarovun göstərişi ilə sökülməsi haqda mətbuatda məlumatlar gedib. Ə.Abdullayev hazırda hüquqlarının bərpa olunması istiqamətində mübarizə aparır. O, vəkil İntiqam Əliyevin hazırladığı sorğunu Prezident Administrasiyasına və Nazirlər Kabinetinə göndərib. Ə.Abdullayevin verdiyi məlumata görə, mayın 31-də Nazirlər Kabinetinin regionların inkişafı şöbəsindən Akif Qurbanov ona zəng edərək bildirib ki, qurumun Gədəbəy rayonunda hər hansı söküntü üçün qərarı yoxdur, mülkü İcra Hakimiyyəti qanunsuz olaraq söküb.
“Məni əmin etdi ki, Gədəbəydə olan söküntü-tikinti işi ilə bağlı Nazirlər Kabinetinin heç bir qərarı yoxdur. Bildirdi ki, bu barədə yaxın günlərdə Gədəbəyin İcra Hakimiyyətinə də yazılı sorğu göndəriləcək. Akif Qurbanov açıq şəkildə mənə dedi ki, mülkünüz qanunsuz olaraq icra başçısının təşəbbüsü ilə sökülüb, məhkəmə qarşısında iddia qaldırıb hüquqlarınızı bərpa edə bilərsiniz. Hətta bildirdi ki, cənab prezident heç bir icra başçısına göstəriş verməyib ki, gedin vətəndaşların mülkünü zorla dağıdın, prezident tapşırıq verib ki, vətəndaşın mülkünün hansısa dövlət əhəmiyyətli məsələyə görə sökülmək zərurəti yarandığı halda sökülən mülkün dəyəri bazar qiyməti ilə sahibinə ödənilsin”.
Ə.Abdullayev bildirdi ki, qiymətləndirmə işi ilə məşğul olan şirkət onun mülkünə 600 min manat qiymət qoyub. Lakin İcra Hakimiyyəti hələ bir manat da ödəməyib: “Sökülməmişdən əvvəl 40 min təklif eləmişdilər. Mən qəbul eləmədim. Sonra 80 min manat və 10 sot torpaq və içində 100 kvadrat metr tikili təklif ediblər, lakin verməyiblər. Sadəcə təklif edirlər, real işə gələndə təkliflərini rəsmiləşdirmirlər”.
Ə.Abdullayev bəyan etdi ki, mülkünün dəyərinin heç olmasa 50 faizini İcra Hakimiyyəti ödəməyincə, bütün qanuni mübarizə üsullarına əl atacaq.
Çox Oxunanlar
- 6-05-2023, 18:36 : Krım üzərində ballistik raket vuruldu
Dünya / Xəbərlər
- 26-05-2023, 12:17 : Sevilya - Roma: 1xBet Avropa Liqasının finalını təhlil edirik
Xəbərlər / Ölkə
- 13-05-2023, 18:10 : “Azəriqaz” yerli qaz sayğaclarını quraşdırmağa başlayır
Xəbərlər / Ölkə
- 9-05-2023, 18:29 : Günel həm "Banu"dan, həm də ölkədən getdi
Şou-Biznes / Xəbərlər
- 20-05-2023, 18:24 : Müxalifət siyasətə belə yanaşır - Ərdoğan
Dünya / Xəbərlər
- 27-05-2023, 18:20 : Rusiya MN-ə məxsus “Niva” vuruldu: ölənlər var
Dünya / Xəbərlər
- 6-05-2023, 17:32 : Boksçumuz iranlı rəqibini məğlub etdi
İdman / Xəbərlər
- 12-05-2023, 13:04 : Kamaləddin Qafarov: “Heydər Əliyev qəlbimizdə hər zaman xilaskar kimi yaşayacaq”
Analitika / Xəbərlər
- 9-05-2023, 10:48 : Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm töhfələr verib”
Analitika / Xəbərlər
- 13-05-2023, 11:32 : "Qarabağ" bu gün çempionluğu təmin edə bilər
İdman / Xəbərlər