Dünən baş verən yol qəzasında iki vəkil ölüb
7-06-2012, 12:35
Oxunub: 5 009
APA-nın məlumatına görə, hadisə iyunun 6-dan 7-nə keçən gecə baş verib.
Bakı-Qazax yolunda "VAZ 21015" markalı avtomobillə yük maşını toqquşub. Nəticədə “VAZ 21015” markalı maşında olan iki nəfər ölüb. Onlar vəkillər Natiq Mustafayev və Famiz Məmmədovdur.
Qeyd edək ki, N. Mustafayev İctimai Palatanın aksiyaları zamanı saxlanılan Zülfüqar Eyvazlının vəkili olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, hadisə Yevlax-Mingəçevir yolunun 19-cu kilometrliyində qeydə alınıb. "VAZ" markalı minik avtomobili yolun kənarında dayanan, sahibi məlum olmayan yük avtomobilinə çırpılıb.
Nəticədə "VAZ" markalı minik avtomobilinin sürücüsü və maşında olan daha bir sərnişin müxtəlif bədən xəsarətləri ilə təcili yardım tərəfindən Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan daha iki sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər