BolgeXeber.Com » Bölgə » Ağsuda şəhid şəkillərinə görünməmiş sayğısızlıq

Ağsuda şəhid şəkillərinə görünməmiş sayğısızlıq

10-06-2012, 23:20
Oxunub: 6 056


Erməni quldurları ilə döyüşdə şəhid olmuş əsgərlərimizdən biri Bağrov Vahid İntiqam oğlu Ağsu rayonunun Daşdəmirbəyli kəndindəndir.

Şəhidlərimizdən birinin Ağsudan olduğunu eşidən Ağsu gəncləri Daşdəmirbəyli kəndinə gedərək Şəhidimizin dəfnində çox yüksək səviyyədə iştirak etmiş və “Şəhidlər ölməz vətən bölünməz” şüarları ilə Şəhidimizin müqəddəs cənazəsini çiyinlərində daşımışlar. Bu zaman burada Çaparlı kənd icra nümayəndəsi Qarxun adlı öyrədilmiş şəxs Şəhid cənazəsin aparan gənclərə hücum etmiş, “Şəhidin qanın yerdə qalmayacaq” deyən Təbriz adlı gəncə “başqa söhbət etmə, burada ağzına gələni danışma” deyərək vurmaq istəmiş, lakin KXCP Ağsu rayon şöbəsinin məclis sədri Elşən Əlisoy araya girərək hazırlanmış təxribatın qarşısını almışdır”.
Bu sözlər Ağsu gəncləri tərəfindən Teleqraf.az-a göndərilmiş məktubdandır. Məktubda daha sonra deyilir:

“Şəhid Vahid Bağırovun üç mərasimində ağsulu gənclər şəhidlər xiyabanını və Şəhidin məzarını tər qərənfillərlə bəzəmiş, hüzür mərasimi keçrilən mağarda Şəhidin şəkillərindən ibarət sərgi yaratmış və Şəhidimizin şəkillərini öz şəxsi aftomobillərinə vurublar. Yaqin ki şəhidə bu qədər diqqət göstərilməsi rayon rəhbərliyini qıcıqlandırmışdır. Bu na görə də Şəhidimizin şəkillərinin cırılmasına göstəriş vermişlər. Ağsu rayonunun polisləri və icra hakimiyyətinin işçiləri dükanlara gələrək mağaza sahiblərinə hədə-qorxu gəlmiş, dükana vurulmuş Şəhidin şəklini cıraraq götürmüşlər. Bundan sonra Mayor Vüqar Novruzəliyevin rəhbərliyi ilə üç nəfər polis işçisi Elşən Əlisoyun dükanına gələrək ondan da şəhidin şəklini götürməsini tələb etmişlər. Elşən Əlisoy onlara izah etməyə çalışıb ki, bu adam vətən xaini deyil, şəhiddir. O, bu şəkilləri həm şəhidin ailəsinə təskinlik üçün, həm də vətənpərvərlik hisslərinin yüksəldiləməsi məqsədilə divarlara vurulduğunu və bu səbədən də şəkilləri çıxarmayacağını deyib. E.Əlisoy bildirib ki, o məsələ ilə bağlı lazımi yerlərə sorğu göndərəcək. Bundan sonra polislər anlaşılmazdıq olduğunu deyərək Elşən Əlisoyun dükanından gediblər. Bundan bir neçə dəqiqə sonra yol polisləri Kəlbəcər rayonundan məcburi köçkün olan şəhid qardaşı Qurbanov Vasif Səfəralı oğlunun şəxsi aftomobilini saxlamış, ondan şəhidin şəklini aftomobilindən çırıb götürməyi tələb etmişlər. Bunu görən Elşən Əlisoy polislərə yaxınlaşaraq etdiklərinin yaxşı hal olmadığını bildirdikdə yol polisinin rəis müavini Kənan adlı şəxs aftomobildən düşərək, “Mən istədiyim adamı tapdalayaram, istədiyim şəkli də cıraram” deyərək Elşən Əlisoy hədələyib. Bu zaman KXCP Ağsu rayon şöbəsi və QAT Ağsu rayon şöbəsinin üzvləri əraziyə toplaşıb. Yenidən həmin əraziyə qayıdan mayor Vüqar rəhbərliklə məsləhət etdiklərini və şəkillərə dəyilməyəcəyini bildirib. Ancaq ara sakitləşəndən sonra şəhidimizin şəkillərinin yenidən cırılaraq götürülüb.


Torpaqlarımızın 20%- nin düşmən tapdağı altında olduğu bir vaxta şəhidlərə hörmət etməyinmizin , vətənpərvərlik hisslərini aşılamağımızın vacib bir məsələ olduğunu anladığımız zaman şəhidlərimizə belə bir sayğıszdığı, onların şəkillərinin kobudçasına və nümayişkəranə şəkildə cırılmasının hansı düşmən qüvvələrə xoş görünmək istəyindən irəli gəldiyinin başa düşmürük. Bu məsələnin araşdırılmasını və bu ləyaqətsiz işdə iştirak edənlərin hamısının cəzalandırılmasını istəyirik.

Məmmədov Elşən Əli oğlu - Kəlbəcər rayonundan məcburi köçkün, Şəhid övladı

Qurbanov Vasif Səfəralı oğlu - Kəlbəcər rayonundan məcburi köçkün, şəhid qardaşı

Məmmədov Vüqar Cəlal oğlu

Məmmədov Qadir Balaməmməd oğlu

Məmmədov Vüqar Rafiq oğlu.

Şikarlı Zəka Zöhrab oğlu - BAGT Ggəncə təşkilatının sədri

Ələkbərov Təbriz Sabir oğlu

və başqaları”.