Bakıda şok və məzəli oğurluq
12-06-2012, 16:40
Oxunub: 6 104
Bu hadisə əsl komik film ssenarisinə bənzəyir
Bakıda inanılmaz maşın oğurluğu olub. Binəqədi rayon Polisi İdarəsi əməkdaşlarının oğurluğa görə həbs etdiyi üç nəfərlik dəstənin ifadəsi polis əməkdaşlarının doyunca güldürüb. “Qafqazinfo” saytı xəbər verir ki, oğurluq çox adi üsulla törədilib. Sulutəpə qəsəbəsində yaşayan Cəbrayıl rayonundan olan məcburi köçkünlər - Faiq İsmayılov, Lətif Məmmədov və Seymur Əsədov iyunun 9-da Ağsu rayon sakini Namiq Məmmədova məxsus “VAZ-2101” markalı avtomobili qaçırıblar. Lakin oğurluq maşın xarab olaraq onları yolda qoyub. Cinayətin maraqlı məqamı isə elə bundan sonra başlayıb. Özlərini itirməyən dəstə dərhal evakuasiya xidmətinə zəng edərək evakuator sifariş ediblər. Onlar maşını evakuatora qoyaraq birbaşa metaləritmə sexinə gediblər. Orada maşını 50 manata satıblar.
Dəstə üzvləri ifadə verərkən deyiblər ki, həmin pulun 20 manatını evakuatora ödəyiblər. Sonda maşın oğurluğundan onlara cəmi 30 manat pul qalıb. İfadə verərkən də məzəli söhbətindən qalmayan oğruların sön sözləri polis əməkdaşlarını da doyunca güldürüb: “Maşın pis gündəydi. Heç 50 manata da dəyməzdi. Metalloma bir təhər sırıdıq”.
Qeyd edək ki, hər üç şəxsi Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşları tutub. Onların iyunun 9-na keçən gecə həmin qəsəbədə Ruslan Salmanova məxsus “VAZ-2105” markalı avtomobildən maqnitofon oğurladıqları üzə çıxıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər