Sabirabad təhsil şöbəsində özbaşnalıq – fakt
14-06-2012, 13:05
Oxunub: 6 768
Sabirabad rayon təhsil şöbəsində daha bir özbaşnalıq baş verib.
Bu barədə gundeminfo.az-ın saytına məlumat verən müəllimlərdən biri deyib ki, rayonun təhsil şöbəsinin müdirinin direktorlara verdiyi göstərişiə əsasən bütün orta məktəblərdə məcburi qaydada günlədik satışına başlanılıb.
Bu barədə verilən məlumatda deyilir ki, məktəb direktorları şagirdlərin sayına görə, müəllimlərə göstəriş verib ki, biri 80 qəpik olmaqla «Gündəlik» almalıdırlar. Məktəblərin bağlanma ərəfəsində olmasına və şagirdlərin dərsə gəlməməsinə baxmayaraq direktorlar «Gündəlik»lərin pulunu qabaqcadan istəyirlər.
Bizə müraciət edən müəllimlər deyirlər ki, müəllimlərdən tələb olunur ki, pulu əmək haqlarından ödəməlidirlər. Əks təqdirdə onlara gələn dərs ilində sinif rəhbəri vəzifəsi verilməyəcək.
Qeyd edək ki, «Gündəliklər» Təhsil Nazirliyinin sifarişi ilə «Şərq Qərb» mətbəəsində çap olunub. Dərs vəsaiti olmasa da «Gündəliklər»in məcburi qaydada satdırılmasının səbəbləri məlum deyil. Qeyd edək ki, bu əyani vəsaitləri şagirdlər əlavə olaraq pula alı rvə həmin vəsaitlərin məktəblərdə qanunsuz olaraq məcburi satışı rəsmən qadağandır.
Mövzuya Təhsil Nazirliyi reaksiya verərək, problemi aradan qaldırmayana qədər araşdırmalarımız davam edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər