Prezident Füzuli rayonuna gedib
11-11-2010, 13:45
Oxunub: 7 186
İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev parkında mərhum prezidentin abidəsini ziyarət ediblər
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna gedib. Dövlət başçısı əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında mərhum prezidentin abidəsini ziyarət edib. İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar.
Dövlət başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, son aylarda parkda yenidənqurma işləri aparılıb, təzə yaşıllıq zolaqları salınıb.
Qeyd edək ki, İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib. Prezident mərkəzdə yaradılmış şəraitlə tanış olub. Dövlət başçısına mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanıldığı barədə məlumat verilib.
Qeyd edək ki, 3 hektar ərazisi olan mədəniyyət ocağı İlham Əliyevin göstərişi ilə inşa olunub. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılıb.
Xatırladaq ki, regionlarin sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası cəbhə bölgəsi olan Füzuli rayonunda da əsaslı inkişafa təkan verib və bu inzibati ərazidəki yaşayış məntəqələrinin siması sürətlə müasirləşməkdədir. Əsasən kənd təsərrüfatı rayonu olan Füzulidə heyvandarlıq və quşçuluq geniş inkişaf edib. 2004-cü ildən bu günədək 1372 daimi, 6 minə yaxın mövsümi iş yeri açılıb. Rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafına xüsusi diqqət göstərilir, onların maddi –texniki bazası ilbəil möhkəmləndirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər