BolgeXeber.Com » Bölgə » Gədəbəyin icra başçısına qarşı 1 milyonluq iddia

Gədəbəyin icra başçısına qarşı 1 milyonluq iddia

4-07-2012, 13:35
Oxunub: 4 530 Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov məhəkəməyə verilib.

Buna səbəb onun KXCP Ali Məclisinin üzvü, iş adamı Əli Abdullayevə məxsus mülkün sökülməsinə görə konpensasiya ödəməkdən imtina etməsidir.

Bolgexeber.com bildirir ki, bu barədə Teleqraf.az-a məlumat verən Ə.Abdullaev iddia ərizəsini Gəncə şəhər İnzibati İqtisad Məhkəməsinə təqdim etdiyini deyib: “Hələlik mınə dəyən maddi zərərə görə 598 min manat tələb edirəm. Məhkəmənin gedişinə isə vurulmuş mənəvi zərərə görə minim 1 milyon manat tələb edəcəm. Bu adamlar ölkə qanunlarını qəbul etmir, öz işlərini fərdi maraqlarına görə qururlar. Əvvəlcə düşündüm ki, bu əün-sabah pulumu ödəyərlər. Amma getdikcə gördüm ki, bunlar məni ələ salmaq istəyirlər. Ona görə də məsələni hüququi müstəvidə həll etmək və öz haqqımı məhkəmə vasitəsilə almaq qərarına gəldim”.

Ə.Abdullayev deyib ki, məhkəməyə müraciət edəndən sonra icra başçısının müavini Rüstəm Nağıyev ona zəng edərək məslə ilə bağlı danışığa çağırıb: “Biz görüşdük. Otağında başqa səlahiyyətli şəxslər də var idi. Mənə dedi ki, konpensasiya kimi 80 min manat veririk və bir də başqa bir yerdə mağaza tikirik. Mən də güzəştə gedərək bu təklifə razı oldum. Amma sonra Rüstəm Nağıyevdə səs çıxmadı. Dəfələrlə zəng etdim hər dəfə bir bəhanə gətirdi. Sonta ümumiyyətlə zənglərimə cavab vermədi. Hər dəfə məni müxtəlif yerlərdə saatlarla gözlətdirdi. Belə başa düşdü ki, bütün bunlar məqsədli şəkildədir. Ona görə də daha bu adamlara inamım qalmayıb”.