Bacımı zorlamışdı, əllərimlə boğdum”
9-07-2012, 11:20
Oxunub: 5 671
“Vasif bacımın boğazına bıçaq dirəyərək onu meşəliyə aparıb və orada zorlayıb. Bacım evə gələrək hadisəni anasına danışıb”
Ağcabədi rayonunda namus üstündə qətl törədilib. Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, qətlin üstü hadisədən bir neçə gün sonra açılıb.
Ağcabədi rayon Polis Şöbəsinə Təzəkənd kənd sakini 30 yaşlı Vasif Qarayev bir neçə gün əvvəl yoxa çıxması barədə xəbər daxil olub. Aparılan axtarışlardan sonra onun meyiti Bərdə rayonunun Mehdili kəndində kanaldan tapılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin elə mərhumun həmkəndliləri olan 25 yaşlı Səbuhi Quliyev və 31 yaşlı Azər Rəhimov tərəfindən törədildiyi məlum olub.
S. Quliyev səmimi ifadə verərək V. Qarayevi namusunu ləkələdiyi üçün öldürdüyünü deyib: “Vasif bacımın boğazına bıçaq dirəyərək onu meşəliyə aparıb və orada zorlayıb. Bacım evə gələrək hadisəni anasına danışıb. Özünü öldürmək istəyən bacımın durumuna dözmədim. Yeznəmə hadisə barədə dedim. Vasifi maşına mindirib apardıq. Yolda kürəkənim onu döydü. Mən onu boğaraq öldürdüm”.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-cu) maddəsi ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər