İcra başçısını döymək istəyən şəxs tutuldu
18-07-2012, 19:25
Oxunub: 4 916
Saatlı rayon icra hakimiyyətinin başçısı döymək istəyən rayon sakini həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, iyulun 13-də Saatlı rayon sakini Rzayev Mirabad Seyidrza oğlunun rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən sonuncuya qarşı zor tətbiq etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Müəyyən edilib ki, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edilən tarixdə saat 11.00 radələrində rayon icra hakimiyyətinin inzibati binasının iclas zalında vətəndaşları qəbul edərkən M. Rzayev onun pencəyinin yaxasından və qolundan tutub dartaraq vurmağa cəhd etməklə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib.
M. Rzayevin barəsində Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
M. Rzayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər