İslam Partiyasının Lerik təşkilatı buraxıldı
21-07-2012, 11:25
Oxunub: 4 619
Azərbaycan İslam Partiyasının (AİP) Lerik rayon təşkilatı buraxılıb.
Günxeber.com-a daxil olan məlumata görə, bu barədə qərar rayon təşkilatının dünənki toplantısında verilib. Rayon təşkilatının rəhbərliyi və üzvləri son zamanlar partiyanın fəaliyyətini, siyasi kursunu və İrandan sifarişlər aldığını əsas gətirərək partiyanı buraxmaq qərarına gəliblər.Məlumatda bildirilir ki, partiyanın rayon təşkilatının üzvləri AİP-in iranmeyilli siyasətini də tənqid ediblər. Onlar bildiriblər ki, son zamanlar ölkədə baş verən xoşagəlməz hadisələrdə, eləcə də digər siyasi məsələlərdə İranın adı hallandırılsa da, cənub qonşumuz nəinki bunu təkzib edir, əksinə Azərbaycanı təhdid etməkdən belə çəkinmir.
İslam Partiyası isə İranın Azərbaycandakı şöbəsi kimi bu müdaxilələrə haqq qazandırmağa çalışır. Belə ki, bu partiya mövqeyini müstəqil bir təşkilat kimi deyil, İranın Azərbaycandakı şöbəsi kimi ortaya qoyub: “Biz düşünürük ki, Azərbaycan müstəqil bir ölkədir, vətəndaşları da (təbii ki, başqa dinlərə mənsub olanlar da var) İslam dininə mənsubdur. Ona görə də müstəqil bir ölkənin müstəqil İslam Partiyası olmalıdır. Azərbaycan İslam Partiyası İslam dininə deyil, “İran dini”nə mənsubdur.
Son olaylar da bizə bəlli etdi ki, bu qurum cənub qonşumuzdan sifarişlər alır. Əsas məsələ də odur ki, gələn sifarişlərin heç biri Azərbaycan dövləti və xalqı üçün xeyirli deyil. Çox istərdik ki, ölkəmizdə Azərbaycan İslam Partiyası olsun, İran İslam Partiyası yox. Biz azərbaycanlı olaraq bu ölkəni İran mollalarından ötrü qurmamışıq. Nə də heç bir ölkənin Azərbaycanın daxili işinə qarışmaq haqqı yoxdur. Bizə xarici qüvvələrdən dəstək alan bir təşkilat lazım deyil və onu dəstəkləmirik də” – məlumatda bildirilir.
Mənbə bildirir ki, yaxın günlərdə AİP-in Lənkəran, Masallı, Astara, Yardımlı və Ağstafa rayon təşkilatları da partiyanın iranmeyilli siyasətinə etiraz olaraq buraxılacaqlar. Artıq sözügedən rayon təşkilatlarında AİP-in İrana xidmətləri partiya üzvləri arasında ciddi fikir ayrılığı yaradıb.
Məsələ ilə bağlı Azərbaycan İslam Partiyasının mövqeyini də dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər