Salyanda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib
24-07-2012, 15:10
Oxunub: 5 311
Azərbaycanın Salyan rayonunda oğurluqla məşğul olan 5 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də Nail Bədəlova məxsus mağazadan 1720 manat pul və 700 manat dəyərində danışıq kartları oğurlayan Salyan şəhər sakinləri Abış Ələkbərov, Şirin İsayev, Emil Nəsirov, Röyal Əmənov və Aqil Cəfərov tutulublar.
Onların ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində adıçəkilən dəstə üzvlərinin iyulun 14-də Vaqif Burcalıyevə məxsus mağazadan 1900 manat pul və 1 ədəd kassa aparatı, iyulun 17-də Fuad Muradova məxsus mağazadan 450 manat pul və tütün məmulatı, eləcə də cari ilin iyun və iyul ayları ərzində Salyan şəhərinin ərazisində, şəhər sakinləri Əhmədov Zaur Həsənağa oğluna məxsus mağazadan 285 manat pul, Əliyev Qəhrəman Məhərrəm oğluna məxsus mağazadan 40 manat pul və tütün məmulatı, Nəsirov Vüqar Rəfayət oğluna məxsus mağazadan 80 manat pul və tütün məmulatı, Hüseynov Musa İsmayılpaşa oğluna məxsus mağazadan 500 manat pul, Qurbanov Alim Əlibala oğluna məxsus mağazadan ərzaq məhsulları və danışıq kartları oğurlamaları, habelə Cahangirov Cahangir Ağamirzə oğluna, Zərgərli Azər Ağakərim oğluna və Qurbanov Samit Aydın oğluna məxsus mağazalardan oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər