BolgeXeber.Com » Bölgə » Masallı-Astara avtomobil yolu 2013-cü ildə hazır olacaq

Masallı-Astara avtomobil yolu 2013-cü ildə hazır olacaq

25-07-2012, 20:25
Oxunub: 3 515 Masallı-Astara avtomobil yolunun tikintisi 2013-cü ildə başa çatacaq.

"Azəryolservis" ASCdən Bolgexeber.com verilən məlumata görə, 2011-ci ildən tikintisinə başlanılan Masallı-Astara avtomobil yolunda işlər surətlə davam etdirilir. Qeyd edək ki, bu layihə Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun tikintisi çərçivəsində reallaşdırılır. Masallı rayonunun “Sərçüvar” yaşayış məntəqəsindən başlayan yol Türkoba, Mollakənd, Boradigah, Boladi yaşayış məntəqələrindən Lənkəran rayonuna daxil olur və Şirinsu, Liman, Veravul yaşayış məntəqələrindən keçməklə Girdəni yaşayış məntəqəsində bitir.

"Bölgənin potensial iqtisadi inkişafına birbaşa təsir göstərməsi planlaşdırılan birinci texniki dərəcəli yolun ümumi uzunluğu 22,5 km, hərəkət zolağının eni 3,75 m olacaq. Eyni zamanda yolun hər iki tərəfində 2,5 m-lik təhlükəsizlik zolaqları salınacaq", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2013-cü ildə başa çatması planlaşdırılan layihədə 2 qovşaq, 2 yol ötürücüsü və 6 ədəd çay üzərindən keçən körpü nəzərdə tutulub.