BolgeXeber.Com » Bölgə » Şirvan şəhər məhkəməsində özbaşınalıq

Şirvan şəhər məhkəməsində özbaşınalıq

30-07-2012, 16:15
Oxunub: 7 724
İki azyaşlı uşağı olan ana məhkəmənin ədalətsiz qərarı ilə evdən çölə atıldı

Ötən gün Bolgexeber.com-a Şirvan şəhər sakini Əsgərova Mərziyə Məmməd qızı ərizə ilə müraciət edərək, Məhkəmənin ədalətsiz qərarı ilə iki azyaşlı uşaqlarıyla birlikdə yaşadığı evdən çölə atıldığını bildirdi. Şikayətçi bildirir ki, yoldaşım Qanbayev Aydın Babayar oğlu ilə rəsmi nigah bağladıq. Həmin nigahdan 29 dekabr 1997-ci il tarixdə Qanbayev Babayar Aydın oğlu və 12 fevral 2001-ci tarixdə Qanbayev Cavanşir Aydın oğlu dünyaya gəlmişdir. Ailəçiliyimiz dövründə yoldaşım məni dəfələrlə nəlayiq söyüşlərlə təhqir edərək, döymüşdür. Belə ki, bizim nigahımız Şirvan şəhər məhkəməsi tərəfindən ləvğ edildikdən sonra 17 fevral 2009-cu il tarixli 2(032)-51/2009 saylı qətnamə ilə mən və iki azyaşlı uşaqlarıma Şirvan şəhəri, Əli Bayramov küçəsi dalan 1, ev 4 B-də yaşayış hüququ verilməklə onların həmin evə köçürülmələri qət edildi. Və iki uşağım mənim himayəmə verildi. Mən və iki uşağım həmin gündən adı çəkilən ünvanda yaşadıq. Amma Şirvan şəhər KKM-ni məhkəməyə uydurma arayış təqdim edərək, göstərmişdir ki guya mən və azyaşlı uşaqlarım adı çəkilən ünvanda yaşamamışıq. Qaynanam Qambayeva Hicran Rafiq qızı iddi ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 (AZN) manat pul qarşılığında iki azyaşlı uşağımla evdən çıxmağım tələb etdi. Məhkəmənin hakimi Məcidov Ələddin Tofiq oğlu ədalətsiz qərar çıxararaq, 2000 (AZN) manat müqabilində mənim və iki azyaşlı uşağımlarımın evdən çıxarılması haqqında qərar qəbul etdi.

Hörmətli redaksiya siz deyin, mən bu 2000 (AZN) manatla necə ev ala bilərəm və uşaqlarımın müqəddəratını necə həll edə bilərəm?

Mən sizin vasitənizlə dövlət başçısına səslənirəm bu ədalətsizliyə son qoyulsun həmçinin tapdalanan hüquqlarımız bərpa olunsun. Çünki dolanışığım olmadığı üçün iki balama baxa bilmirəm və məcburam ki, azyaşlı uşaqlarımı körpələr evinə təhvil verəm. İnanıram ki, başda dövlət başçısı olmaqla bütün aidiyyatı qurumlar bu məsələ ilə ciddi məşğul olacaqlar.

Əvvəlcədən sizə səmimi təşəkkürümü bildirirəm.