BolgeXeber.Com » Bölgə » Masallıda nə baş verir?

Masallıda nə baş verir?

4-08-2012, 01:45
Oxunub: 5 462 “Biz üzümüzü mətbuat işçilərinə tutaraq xahiş edirik ki, belə uydurmaçı, şəxsi mənafeləri hər şeydən üstün tutan insanları müdafiə etməsinlər.”

Son günlər Prezident İlham Əliyevin sərəncamı ilə Masallı rayonuna təyin olunmuş Rafil Hüseyniov barədə bəz kütləvi informaisya vasitələrində həqiqəti əks etdirməyən məlumatlar dərc olunur. Məlumat üçün bildirək ki, Rafil Hüseynov adıçəkilən rayona başçı təyin olunandan sonra rayonda gözəçarpacaq dərəcədə işlər görülmüşdür. Bunu inanmaq üçün rayona bir dəfə səfər etmək kifayətdir ki, yazdıqlarımızın həqiqət olduğuna şübhə qalmasın.

Bundan əlavə olaraq mətbuatda dərc olunan məlumatlardan biri də məhz özünü sahibkar kimi təqdim edən Dayyanov Taleh Fərasət oğlu ilə bağlı məsələdir. Belə ki, adı çəkilən sahibkarın vəkilinin mətbuata ötürdüyü qərəz dolu informasiyalardan aydın-aşkar görsənir ki, məhz sahibkarın qeyri-qanuni olaraq zəbt etdiyi və inşa etdirdiyi obyekt əlindən çıxmaması üçündür.

Lakin mübahisəyə səbəb olmuş obyektin yerləşdiyi Fizuli küçəsinin ağsaqqallarının Bolgexeber.com-a verdiyi açıqlamalara görə yeni başçının həyata keçirdiyi “baş plan” bütün rayonu sevindirir. “ Çünki rayonda olan sıxlıq hər kəsi bezdirmişdi. Bunu nəyi pisdir ki, rayonun mərkəzi küçələri asvalt döşəmə ilə döşənir, yol kənarı evlərin divarları mərmərlənir. Buna mane olan insanlar ilk öncə bizi qarşılarında görsünlər. Daha sonra ağsaqqallar saytımız vasitəs ilə media mənsublarına müraciət etməyi də yaddan çıxarmadılar. “Biz üzümüzü mətbuat işçilərinə tutaraq xahiş edirik ki, belə uydurmaçı, şəxsi mənafeləri hər şeydən üstün tutan insanları müdafiə etməsinlər.” Rayon ağsaqqallarının son sözü “Rafil Hüseynovun təyinatından sonra Masallı gözəlləşib” oldu.


Rayon ağsaqqallarının sözlərinə görə söz gedən məsələdə Taleh Dayyanovun atası Fərasət Dayyanov da oğlundan narazıdır. O, bildirir ki, oğlu bu məsələdə haqsızdır.