BolgeXeber.Com » Bölgə » Məşuqu ilə görüşən qardaşı qızını qətlə yetirdi

Məşuqu ilə görüşən qardaşı qızını qətlə yetirdi

9-08-2012, 10:50
Oxunub: 4 737 Şəki Apelyasiya Məhkəməsində 41 yaşlı Ağdaş rayon sakini Hafiz Qasımovun məhkəməsi keçirilib.

Bolgexeber.com-un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Hafiz Qasımovun psixi vəziyyətinin yoxlanması barədə qərar qəbul edilib.

Onun barəsində təkrаr komisyon stаsionаr məhkəmə-psixiаtrik ekspertizаsı təyin olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qəsdən adam öldürmədə təqsirli bilinən Hafiz Qasımovun barəsində ümumi tipli psixiatriya stasionarlarında tibbi xarakterli məcburi müalicə tədbiri təyin edilib.

İttihama görə, Hafiz Qasımov ötən ilin may ayının 11-i saat 17:00 radələrində Ağdaş rayonunun “Qaraçılar” məhəlləsində ov tüfəngi ilə 25 yaşlı qardaşı qızı Aytən Qasımovanı qətlə yetirib.
İki uşaq anası olan A.Qasımova ürək və boyun nahiyəsindən aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hafiz Qasımov qətli törətdikdən sonra polisə gedərək təslim olub.

Hadisənin baş vermə səbəbinə gəlincə, “Qaraçılar” məhəlləsində yaşayan gənc ailənin başçısı, A.Qasımovanın həyat yoldaşı bir müddət əvvəl, Rusiyaya ticarətlə məşğul olmağa gedib. Bu müddətdə gənc xanım məktəb illərindən tanıdığı və sevdiyi oğlanla görüşməyə başlayıb. Onun həmin oğlanı sevməsi barədə məhəllədə söz-söhbət yaranıb.

Nəticədə məlum qətl hadisə baş verib.