Azərbaycanda polis şöbəsində ölüm
22-08-2012, 15:55
Oxunub: 5 489
Azərbaycanda polis şöbəsində ölüm hadisəsi baş verib.
Bolgexeber.com-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Zərdab rayon Polis Şöbəsində qeydə alınıb. Belə ki, Kürdəmir rayonun Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanada saxlanılan, 1978-ci il təvəllüdlü Hüseynov Arzu Yusif oğlu Zərdab rayon Polis Şöbəsinə gətirilib və qəflətən halı pisləşdiyindən həkimlər gələnə qədər dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün dərhal Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə göndərilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, ilkin ehtimala görə, mərhum ürək-damar çatışmazlığından dünyasını dəyişib. A. Hüseynovun ölümünün dəqiq səbəbləri isə ekspertizanın yekun rəyi açıqlandıqdan sonra məlum olacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında Zərdab rayon Polis Şöbəsində baş vermiş ölüm faktını təsdiqləyib. O, qeyd edib ki, Kürdəmir Rayon Məhkəməsinin qərarına əsasən barəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə həbs qətimkan tədbiri seçilmiş, Zərdab Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan Kürdəmir rayon sakini Arzu Hüseynov avqustun 21-də xəstəliyi ilə əlaqədar vəfat edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər