Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası: ölən var
25-08-2012, 11:15
Oxunub: 5 141
39 yaşlı Ağsu sakini xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb
Ağsu rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı Elşad Əmirov bildirib ki, hadisə ötən gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 158-ci kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Əliyev Tahir Təhmuraz oğlunun idarə etdiyi 90-XK-885 dövlət nömrə nişanlı “Toyota” markalı minik maşını qarşı tərəfdən gələn Ağsu sakini 1973-cü il təvəllüdlü Nuriyev Cavid Rufulla oğluna məxsus 10-TL-681 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan Cavid Nuriyev Ağsu Mərkəzi rayon Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər