Xaçmazda icra başçısına qarşı hərəkətlənmə
27-08-2012, 10:50
Oxunub: 5 601
Xanbabayev çətin duruma düşsə, dərhal müavinini qurban verəcək
Xaçmaz rayonunda yerli məmurların özbaşınalıqları barədə dəfələrlə yazılıb.
Elə icra başçısı Şəmsəddin Xanbabayevin yerli bazarın sahibinin qətlində ittiham edilməsinə rəğmən günü bu gün görəv tutması da bu kimi neqativ halların stimullaşdırılması anlamını daşıyır. Onu da bildirək ki, Şəmsəddin Xanbabayev kimi onun müavini Azər Haqverdiyev də bir nəfərin qətlində ittiham olunmasına baxmayaraq, məsuliyyətdən kənarda qalmağa müvəffəq oldu. Xatırladaq ki, bir il əvvəl Azər Haqverdiyev yerli sakinlərdən birini – Eldar Şıxıyevi vəhşicəsinə döydürdükdən sonra, o, dünyasını dəyişdi. Yəqin İH başçısının müavini cəzasız qalacağına əmin olub.
Xatırladaq ki, icra başçısının müavini hadisə ilə bağlı absurd bir izahat da vermişdi: "O, məni pis söydü, həm də içkili idi. Məndə onu itələdim, yıxıldı. Daha sonra polis çağırdım. Polislər onu bölməyə aparanda sağ-salamat idi. Mənim bu işdə heç bir günahım yoxdur".
Onu da xatırladaq ki, sonradan bu işin üstü ört-basdır edildi. Hətta mətbuatda belə bir məlumat da yayıldı ki, icra başçısı adamını var-gücü ilə qoruyub, həmçinin onu həbsdən də xilas edib. ən dəkşətlisi isə o idi ki, Eldar Şıxıyevin ailəsi hədələnərək şikayətçi düşmələrinin qarşısı alınıb. Eyni zamanda mərhumun ailəsinə Azər Haqverdiyev tərəfindən 5 min manat “qan pulu”nun verildiyi də mətbuatda yazıldı.
Bununla əlaqədar DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Şəmsəddin Xanbabayevə qarşı Xaçmazda konkret bir qruplaşma fəaliyyətə keçib: “Həmin qruplaşma başçını devirərək onun yerinə öz adamlarını gətirməyi planlaşdırır. Əsasən yerli nüfuzlu şəxslərin daxil olduğu qrup həm başçının və həm də onun müavininin kriminal əməllərini ifşa edən faktları ictimailəşdirməyə də hazırlaşırlar”.
Məlumatlara görə, yaxın günlərdə bu kimi faktların KİV-lərə çatdırılması planlaşdırılır: “Təbii ki, bütün bunlar Xanbabayevlə onun müavini Haqverdiyev üçün arzuolunmaz bir situasiyanı yetişdirə bilər. Ən azından başçının müavini narahat olmalıdır. Çünki kifayət qədər arxalı hesab olunan icra başçısı istənilən bir kritik vəziyyətdə Haqverdiyevi qurban verə bilər”.
Bütün tərəfləri dinləməyə hazırıq.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes