Keçmiş “vicdan məhbusları” hüquq müdafiə təşkilatı yaradır
31-08-2012, 00:30
Oxunub: 5 363
Bir qrup keçmiş “vicdan məhbusu” siyasi və ya ictimai fəaliyyətinə görə həbs edilənlərin hüquqlarının müdafiəsi məqsədilə ictimai birlik təsis etməyi qərara alıblar.
Bu barədə Turan-a yeni QHT-nin təşəbbüskarlarından biri, keçmiş “vicdan məhbusu”, “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib.
Onun sözlərinə görə, yeni təşkilat həbs təhlükəsi olan fəalların müdafiəsi, həbs olunanların hüquqlarının təmin edilməsi, məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması və azad edildikdən sonra sosial reabilitasiyası ilə məşğul olacaq, vəkillik institutunu dəstəkləyəcək.
Gülalıyevin sözlərinə görə, yeni təşkilatın təşəbbüskarları onun yaradıldığını sentyabrın 8-də elan etməyi qərara alıblar. Bugünki görüşdə təşkilatın loqosunu və onun yaradılması və məqsədləri haqqında bəyanatın mətninin hazırlanması haqqında razılıq əldə edilib.
12 təsisçinin hər biri məhbusların hüquqları və cəza çəkdikləri istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə bağlı hesabat hazırlayacaq.
Həmçinin, ədalətsiz həbs olunan hər kəs haqqında məlumatlar bazası yaratmaq nəzərdə tutulur.
Yeni qurumun adına gəlincə, bir neçə variant var və son seçim sentyabrın 8-də ediləcək. Bu məqsədlə vəkillərlə görüşlər keçiriləcək.
Bundan başqa, beynəlxalq təşkilatlarla görüşlər keçirilməsi, sosial şəbəkələrdə xüsusi qruplar yaradılması planlaşdırılır.
Gülalıyevdən başqa, yeni təşkilatın təsisçiləri arasında keçmiş “vicdan məhbusları” – Arif Hacılı, Tural Abbaslı, Sahib Kərimov, Məhəmməd Məcidli və başqaları var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər