Masallının bir kəndini külək apardı
22-12-2010, 17:55
Oxunub: 7 145
«Germic» Yuxarı Zuvandın evlərinin damlarını uçurub
Bir həftə bundan əvvəl Masallı rayonunun kəndlərindən birinə əsən sərt külək böyük ziyan vurub. Rayonun Yeni Zuvand kənd sakinlərinin verdiyi məlumata görə, dekabrın 12-dən 13-nə keçən gecə başlayan güclü «Germic» küləyi evlərin bir çoxunun damını sıradan çıxarıb. Hətta vəziyyət o qədər ağır olub ki, insanlar ölüm təhlükəsi ilə belə üzləşiblər.
Sakinlərin dediyinə görə, sərt külək evlərin damına döşənmiş ağır şifer parçalarını qopararaq, başqa evlərin üzərinə və pəncərələrini sındıraraq içərilərinə atıb. Onlardan biri deyir ki, həmin hadisələr zamanı az qala ailələrdən biri tamamilə məhv olsun. Nəql olunur ki, evdən çıxan 4 nəfərlik ailə daha təhlükəsiz yerə daşınmaq istəyiblər. Onlar qapıdan aralandıqdan bir neçə dəqiqə sonra qonşu Evin damındakı iri şifer parçalarından biri düz qapının ağzına düşüb.
Baş verən təbii fəlakətlə bağlı Masallı rayon İcra Hakimiyyətinə müraciət olunub. Məsələdən xəbər tutan rayon rəhbərliyi isə işi FHN-nin yerli qurumuna həvalə edib. Amma hadisənin üzərindən xeyli müddət keçməsinə baxmayaraq, nə kəndə gələn var, nə də insanların düşdüyü vəziyyətlə maraqlanan. Yalnız, güclü küləyin aşırdığı elektrik dirəklərini bərpa edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər