Ağa Laçınlının həyat yoldaşı Ramiz Mehdiyevə məktub yazdı
6-09-2012, 19:15
Oxunub: 4 026

[justify]Sentyabrın 6-da mərhum şair Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib.
Mələk Əliyeva müraciətində bildirib ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, ailə başçıları Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb.
2011-ci ildə isə torpaq sahəsi zəbt olunaraq daş hasara alınıb: “Araşdırmalar nəticəsində məlum olub ki, torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun həmin rayonda icra başçısı işlədiyi vaxt doğma anası Məmmədova Biliy Nəbi qızının adına verdiyi sərəncam əsasında zəbt edilib. Belə ki, Rüstəm Məmmədov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman, 1995-ci il martın 15-də 885 saylı sərəncam imzalayaraq anası Biliy Məmmədovaya torpaq sahəsi ayırıb. Bununla da Rüstəm Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, mənim və ailə üzvlərimin qanunla qorunan mənafelərinə mühüm zərər vurub”.
Mələk Əliyeva qeyd edir ki, Rüstəm Məmmədovun əməllərində Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinin tərkibi var.
Müraciətində Mələk Əliyeva Səbail Rayon İcra Hakimiyyətinin başçısı işlədiyi dövrdə Rüstəm Məmmədovun yol verdiyi əməllərin araşdırılmasını və onun məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.[/justify]
Çox Oxunanlar
- 4-11-2023, 18:40 : Azərbaycan XİN Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 3-11-2023, 17:24 : Neymar əməliyyat olundu, həkimlər şad xəbər verdi
Gündəm / İdman
- 8-11-2023, 16:52 : Laçında bu evlər təbii qazla təmin olundu
Bölgə / Xəbərlər
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 6-11-2023, 09:32 : MY onu göndərir, həmyerlisini gətirir
Gündəm / Dünya
- 10-11-2023, 10:22 : ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı
Gündəm / Siyasət