Sel Ağdaş və İsmayıllıda körpüləri dağıdıb
12-09-2012, 22:40
Oxunub: 3 389

Ölkənin şimal rayonlarına yağan güclü leysan yağışları səbəbindən Türyançay, Dəmiraparançay, Çayqovuşançay, Mirzəbəyliçay, Göyçay çayı, Girdiman çaylarında suyun səviyyəsi xeyli qalxıb.
Bolgexeber.com-un xəbərinə görə, Türyançay və Çayqovuşançay çaylarına gələn güclü sel suları iki körpünü dağıdaraq yararsız hala salıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 245-ci kilometrliyində, Ağdaş rayonu ərazisindən keçən Türyançayın üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Çaya gələn sel suları körpünün sütunlarını yuyaraq onun 4 yerdən çökməsinə səbəb olub. 1963-cü ildə istifadəyə verilən, uzunluğu 60 metr, eni 12 metr olan 3 sütundan ibarət körpü nəqliyyat vasitələrinin istifadəsi üçün yararsız sayılır. Hazırda nəqliyyat vasitələri alternativ olaraq Göyçay-Ucar-Ağdaş yolundan istifadə edirlər.
Türyançayın üzərində mövcud olan dəmir konstruksiyalı digər köhnə körpünün müvəqqəti olaraq təmir edilərək avtomobillərin hərəkətinin bərpası üçün iş aparılır.
Sel suları İsmayıllı rayonunun Çayqovuşan kəndindəki körpünü tamamilə dağıdaraq yararsız hala salıb. Ötən əsrin 50-ci illərində inşa edilən, uzunluğu 7 metr, eni 4 metr olan körpünün dağılması nəticəsində Çayqovuşan kəndi ilə rayon mərkəzinin avtomobil əlaqəsi kəsilib. Güclü sel körpünü aparmaqla yanaşı, çayın sahillərini yuyaraq onun enini 100 metrədək artırıb. Hazırda kənd sakinləri çaydan yük avtomobilləri vasitəsilə keçirlər.
Çox Oxunanlar
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 2-12-2023, 17:21 : NİİM bu sürücülərə müraciət etdi
Xəbərlər / Ölkə
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 10-11-2023, 10:22 : ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı
Gündəm / Siyasət
- 10-11-2023, 13:34 : Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi
Gündəm / Şou-Biznes
- 10-11-2023, 13:34 : Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi
Gündəm / Şou-Biznes
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial