BolgeXeber.Com » Bölgə » Tərtər rayonunun kəndlərində Tibbi xidmət yoxdur

Tərtər rayonunun kəndlərində Tibbi xidmət yoxdur

15-09-2012, 16:35
Oxunub: 5 527 Azərbaycanın sürətli inkişafı səhiyyə sahəsindən də yan ötməyib.Bunun bariz nümunəsi kimi əhalinin sağlamlığına xidmət etmək üçün açılan yeni səhiyyə ocaqları da bu sahəyə olan diqqətdən xəbər verir. Lakin, buna baxmayaraq, bir çox rayonlarda və kəndlərdə hələ də ciddi problemlər var. Tərtər rayonunun kəndlərindəki Tibb məntəqələrinin “fəaliyyəti”isə lap 22-ci əsrin tələblərinə uyğundur.

Hər dəqiqə ölüm və ciddi xəsarət alma riski olan cəbhəyanı kəndlərdə səhiyyənin vəzyyəti heç də ürəkaçan deyil.Bu baxımdan Tərtər rayonunun cəbhəyanı kəndlərində vəziyyət acınacaqlıdır. Bu kəndlərdə adi tibbi xidmət üçün əhali rayon mərkəzinə gəlmək məcburiyyətində qalır. “EL” Televiziyasının çəkiliş apardığı Əksipara və Səhləbad kəndlərində isə yalnız feldşer-mama məntəqələri var. Bu məntəqələrdə ya işləmir, ya da işi bərbad vəziyyətdədir. Tərtər rayonunun Əksipara kənd Feltşer-mama məntəqəsi köhnə kolxoz anbarında, Səhləbad kənd mama məntəqəsi kənd orta məktəbinin bir sinif otağında, Qazyan kəndində isə kənd məscidinin giriş otağında fəaliyyət göstərir. Təbii ki, əgər buna fəaliyyət göstərir demək mümkündürsə. Hətta,vəziyyət o həddə çatıb ki,adıçəkilən kəndlərin sakinləri utandıqlarından danışa bilmirlər.Onların sözlərinə görə,görünən dağa bələdçi lazım deyil. Cəbhəyanı kəndlərdə əhaliyə göstərilən tibbi xidmətlə bağlı problemlərə münasibət bildirən Tərtər Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Şiraslan Qasımov mövcud vəziyyətdən xəbərdar olduqlarını deyir. Cəbhəyanı kəndlərdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin aşağı olması ilə bağlı sualımıza gəldikdə isə, Şiraslan həkim bidirdi ki, bu məsələni xüsusi diqqətdə saxlayırlar.Hətta,rayon icra hakimiyyəti tərəfindən bu sahədəki çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq qaydada addımlar atılır.Hər halda şöbə müdirinin dediklərindən fərqli olaraq,çəkilş zamanı lentə alınan görüntülər başqa mətləblərdən xəbər verir.Çünki iş saatı vaxtı məntəqələrin qapısının bağlı olması Tərtərin kəndlərdə tibbi xidmətin hansı səviyyədə olmasını açıq şəkildə gösətərir.