BolgeXeber.Com » Bölgə » Siyəzəndə partlayış

Siyəzəndə partlayış

24-09-2012, 11:50
Oxunub: 4 949 İlkin versiyaya görə, yarımstansiyasını ildırım vurub

Bu gücə saaat 4.00 radələrində Siyəzən şəhərində 36 kilovatlıq elektrik yarımstansiyasında güclü yanğın olub. Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev Bolgexeber.com-a bildirib ki, yanğını söndürmək üçün Siyəzən rayonundan 2 ədəd, Xızı rayonundan 2 ədəd, Şabran rayonundan 2 ədəd və Sumqayıt rayonundan 1 ədəd yanğınsöndürən – toplam 7 yanğın söndürən avtomobil cəlb edilib. İlkin versiya kimi, yanğın yarımstansiyasının gecə güclü leysan zamanı ildırımvurması nəticəsində baş verib.
Yanğın səhər saat 7.00 radələrində söndürülüb, hazırda yarımstansiyasının elektriklə təmin etdiyi Siyəzən neft mədənləri, Siyəzən şəhər və kəndlərində elektrik təminatı dayanıb.