BolgeXeber.Com » Bölgə » Biləsuvarda sərnişinlə dolu avtobus dərəyə yuvarlandı

Biləsuvarda sərnişinlə dolu avtobus dərəyə yuvarlandı

27-09-2012, 13:35
Oxunub: 3 869 Hadisə nəticəsində 12 nəfər yaralandı

Aran bölgəsində sərnişin avtobusu qəza törədib. Мəlumata görə, Ələt -Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində sərnişin abtobusu “Oka” markalı minik maşnı ilə toqquşub.
Nəticədə sərnişinlə dolu avtobus dərəyə yuvarlanıb. Hadisə zamanı avtobusda 28 sərnişin olub.
Onların arasında 2 azyaşlının da olduğu deyilir. 12 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər yaralıların vəziyyətinin normal olduğunu bildiriblər.