Hacıqabulda bəylə gəlinin maşını qəzaya uğradı
1-10-2012, 08:30
Oxunub: 5 574
"Kamaz"ın sürücüsü aradan çıxıb
Bakıdan toy mərasimindən geri qayıdan bəylə gəlin maşını mənzil başına çatmamış Hacıqabul rayonunda qəzaya uğrayıb. Nəticədə bəylə gəlin də daxil olmaqla, 6 qohum müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Digər maşının sürücüsü isə onlara kömək etmək əvəzinə, aradan çıxıb.
Qəza hadisəsi Bakı-Qazax yolunun 79-cu kilometirliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Bakidan toy mərasimindən bəylə gəlini İmişliyə gətirən həmin rayonun sakini 54 yaşlı Əyyub Qulu oğlu Şıxəliyev idarə etdiyi “Nissan Sunny” markalı avtomaşınla hərəkətdə olarkən qarşıdan gedən “Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Hadisə zamanı “Kamaz”ın sürücüsü maşınla birlikdə aradan çıxıb, “Nissan Sunny” markalı maşının isə qarşı hissəsi ciddi zədələnərək yararsız hala düşüb.
Qəza nəticəsində bəylə gəlin - 20 yaşlı Mirfariz Rəhimov, 19 yaşlı Gülgün Haqverdiyeva və daha 4 qohum - sürücü Əyyub Şıxəliyev, 43 yaşlı Əflatun Əliyev, 44 yaşlı Seyidbəyli Rəhimov, 12 yaşlı Qasım Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Gülgün Haqverdiyevanın vəziyyəti ağır olduğundan o, hadisə yerindən birbaşa Bakı şəhərinə, digər yaralılar isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına catdırılıb.
Qəzaya səbəb isə yük maşınının arxa işıqlarının işlək vəziyyətdə olmaması ehtimal olunur.
Faktla bağlı araşdırmalar aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər