Xaçmazda bayram öncəsi qaz problemi - ŞİKAYƏT
14-03-2017, 12:17
Oxunub: 4 326
Son üç gündə Xaçmaz şəhərinə təbii qazın verilməsində ciddi problemlər yaranıb
Bununla bağlı “Şimal xəbərləri” qəzetinə çoxsaylı müraciətlər də olub. Dünən əməkdaşımız şəhərin müxtəlif ərazilərinə baş çəkərək vəziyyətlə maraqlanıb, vətəndaşların haqlı olduğu üzə çıxıb. Lakin Novruz bayramı ərəfəsində nə üçün belə bir vəziyyətin yarandığını uzun müddət araşdırmaq mümkün olmayıb. Şəhər sakinlərindən biri əməkdaşımızla söhbətində deyib ki, “104” qaynar xəttindən özünü Heydər Əşrəfov kimi təqim edən şəxs deyib ki, Bakıdan rayona verilən təbii qazın həcmi azaldılıb. Odur ki, müəyyən rejimə keçiblər. Bundan sonra əməkdaşımızın bu xəttlə əlaqə saxlamaq cəhdləri də boşa çıxıb.
Maraqlıdır, Xaçmazda regional qaz istismarı idarəsi və onun xidmət sahəsi fəaliyyət göstərir. Belə olan halda vətəndaşların təbii qazdan əziyyət çəkməsi və üstəlik məlumatlandırılmamasına nə ad vermək olar? Bəzi vətəndaşlar təbii qazın ödənişini bir-iki gün gecikdirən kimi “silahlanaraq” xətləri kəsən bu idarələrin əməkdaşlarının səsləri niyə çıxmır? Xaçmaz regional qaz istismarı idarəsi rəhbərliyinin təbii qazın verilməməsinə bu cür laqeyd münasibəti heç bir əndazəyə sığmır.
Mövcud vəziyyətə aydınlıq gətirmək üçün “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə zəng etdik. Cənab İ. Kərbalayev suallarımızı cavablandırarkən, Xaçmaz şəhərinə verilən təbii qazın həcminin azaldılması barədə deyilənləri təkzib etdi. Mətbuat xidmətinin rəhbəri Xaçmaz şəhərinin hansı küçələrində təbii qazın olmaması ilə də maraqlandı, konkret küçələrin adlarını da götürdü və problemin Xaçmaz regional qaz istismarı idarəsi ilə araşdırılacağını açıqladı.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər