BolgeXeber.Com » Bölgə » Şamaxının icra başçısı "mən yoxam" deyir... - Rayon sakinləri isə qan ağlayır
Şamaxının icra başçısı "mən yoxam" deyir... - Rayon sakinləri isə qan ağlayır
17-03-2017, 10:43
Oxunub: 6 260
Adı yerli sahibkarlarla qalmaqallarda hallanan Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev son bir ayda bir nəfəri olsun belə qəbul etməyib
Bu barədə DİA.AZ-a elə icra hakimiyyətinin özündən informasiya veriblər.
Xəbəri verən mənbə iddia edir ki, Asif Ağayev hər gələnə "mən yoxam, deyin ki, sonra gəlsin" cavabını verdirtirməklə yanaşı, həm də özünü çox məşğul kimi göstərməyə də çalışır. Mənbənin dia.az-a söylədikləri: "Əslində Asif Ağayev Şamaxıda daş üstünə daş qoymayıb. Elə o rayona gələndən Şamaxıda daş üstündə daş da qalmayıb. Hamı narazıdır. İşi gücü isə Bakıdan gələn məmurlara qonaqlıq verməkdir. Rayondan talanan pullar ziyafətlərə və bir də Asif Ağayevin cibinə axır. Amma əvəzində sahibkarlar qan ağlayır.
Kəndlilər əkməyə torpaq tapmır. Bütün yararlı torpaqlar məmurlara satılıb, ya da peşkəş edilib. Gör işin harasıdır ki, zəhmətkeş camaat olan şamaxılılar bu gün dilənçi günündədirlər və ümidləri Azərbaycanın başqa şəhərlərində və yaxud da Rusiyada işləyən qohumlarına, yaxınlarınadır. Bu gün Şamaxı camaatının 90 faizi bu rayondan dolanmır. Bunun əksini deyən ağ yalan danışır. Buradan dolanan təkcə Asif Ağayev və onun talançı dəstəsidir".
Onu da qeyd edək ki, mənbə dia.az-a çox ağır ittihamların yer aldığı bir neçə sənədi də təqdim edib. Həmin faktlar üzrə redaksiyamız araşdırma apardığından yaxın vaxtlarda daha geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləyin.
Qarşı tərəfi də dinləməyə hazırıq...
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər