Şəkidə sosial yardım "dilənçiliyi"
10-10-2012, 16:45
Oxunub: 5 572
Yerli SYF-nin rəhbəri 50/50-yə prinsipi ilə işləməkdə davam edir
Şəki Rayonu Sosial Yardım Fondunun regional idarəsində ciddi korrupsiyaya yol verilir. Belə ki, «altı ay» sistemi ilə çalışan idarə rəisi Məmməd Nəsibov vətəndaşlara dövlət tərəfindən ayrılan halal pulları zorla əllərindən alır. Dövlət yardımnın altı ayını Məmməd Nəsibova verməyən heç kəs Şəkidə sosial yardlım ala bilməz.
Redaksiymıza daxil olan məlumatda bildirilir ki, idarə rəsinin oğlu oğlu hər yerdə söhbət düşərkən atasını müdafiə etmək məqsədi ilə Məmməd Nəsibovun hər ay Bakıya külli məbləğdə haqq yolladığını söyləyir. Oğlunun sözünə görə, həmin məbləğ Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə çatdırılır. Bildirilir ki, artıq Şəkidə hamı Nəsibovun yuxarılara ayda on minlərlə manat “haqq” göndərdiyindən danışır.
M.Nəsibov isə özü hər yerdə onu bu vəzifəyə mərhum şair Bəxtiyar Vahabzadənin təyin etdirdiyini deyir və onun adından istifadə edir.
Daha sonra redaksiyamıza daxil olan şikayət ərizəsində bildirilir ki, Şəkinin Sosial Yardım Fondunun regional idarəsinin müdiri Məmməd Nəsibov bu vəzifəyə təyin olunduqdan sonra “Zaqatala” şossesində, indiki Heydər Əliyev prospektində yeni tikilən binanın 1-ci mərtəbəsini alıb. Lakin qorxusundan orda yaşaya bilmir.
Ərizədə həmçinin Nəsibovun heç bir yerdə işləməyən balaca oğlunun 30 min manatlıq xarici maşın sürməsi də əksini tapıb. Şikayətçi ərizəsində Nəsibovu yayımlaya bilmədiyimiz ciddi ittihamlarla qələmə verərək əlavə edib ki, Sosial Yardım Fondunun regional idarəsinin direktoruna verilən «Niva Chovrolet» markalı dövlət maşınını isə onun böyük oğlu sürür. Bu isə “dövlət əmlakını mənimsəmək” deməkdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər