Balakən toylarına polis nəzarət edir
16-10-2012, 09:50
Oxunub: 5 644
Səbəb kimi isə iştirakçıların içəndən sonra özlərini apara bilməmələri göstərilib
Balakən rayonunda toy məclislərinin sakit, insidentsiz keçməsi üçün polis nəzarəti təşkil olunur. Bu barədə məlumatı Bolgexeber.com-a rayon sakinləri verib. Məlumata görə, toy məclislərində spirtli içkilərdən istifadə nəticəsində yaranan xoşagəlməz halların qarşısını bu vasitə ilə almaq nəzərdə tutulur. Rayon mərkəzindəki şadlıq evləri ilə yanaşı kəndlərdə keçirilən toy məclislərində də polis əməkdaşları iştirak edir.
Toylara polis nəzarəti isə şadlıq evləri sahiblərinin müraciəti əsasında təşkil olunub. Belə ki, toyda içkidən həddindən artıq istifadə nəticəsində yaranan vəziyyət ən çox şadlıq evlərinin sahiblərinə ziyan vurur: “Əvvəllər içkinin təsirindən yaranan insidentlər zamanı şadlıq evlərinin əmlakına ciddi ziyan dəyib. Bu isə obyekt sahiblərinin toylara polis nəzarətinin təşkili barədə xahişlə əlaqədar orqanlara müraciət etməsinə səbəb olub. İndi toylarda demək olar ki, heç bir hadisə baş vermir. Polis əməkdaşları toyun gedişinə müdaxilə etmir, sadəcə kənardan toyu izləyirlər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər