Baş Prokurorluq Qazaxda korrupsiya faktı aşkarladı
17-10-2012, 14:45
Oxunub: 5 422
Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə Qazax rayon Mədəniyyət və Turizm şöbəsində 2008-2012-ci illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən müəyyən olunmuş normadan artıq ştat vahidlərinin saxlanıldığı, işçilərin əmək haqlarının aylıq ödəniş dərəcələrinin düzgün müəyyənləşdirilmədiyi, istifadə olunmamış məzuniyyətə görə hesablanmış kompensasiyaların işçilərə tam verilmədiyi halda onun tam ödənilməsinin sənədləşdirildiyi, həmçinin aparılan inventarlaşmalar zamanı çatışmamazlıqların olduğu aşkar olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində şöbənin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər