Bərdə icra hakimiyyətində «qaynana» biznesi
29-10-2012, 11:00
Oxunub: 5 322
Vidadi İsayev öz kabinetini niyə yariya bölüb?
Bərdədən maraqlı bir məlumat almışıq. Dia.az-a rayondakı qaynaqlardan verilən xəbərə görə, Bərdənin icra başçısı Vidadi İsayev «xalq, millət naminə» icra hakimiyyətinin binasındakı rəsmi iş otağının sahəsini azaltmalı olub. Hər halda, verilən xəbərdə belə deyilir.
Məlumatı verən mənbə bildirir ki, icra başçısının kabinetinin böyük bir hissəsi və eyni zamanda kabinetin yerləşdiyi ikinci mərtəbənin dəhlizi birləşdirilərək orada yeməkxana açılıb. Mənbəmiz bildirir ki, Vidadi İsayevin bu addımı heç də anlaşılan deyil:
«Çünki icra hakimiyyətinin həyətində uzun illərdir ki, ayrıca olaraq yeməkxana fəaliyyət göstərir və burada qiymətlər kifayət qədər münasibdir. Məsələn, 16 qəpiyə bir kassa borş, 31 qəpiyə qarabaşaq yemək mümkün olduğu halda, yeni yeməkxanaya heç bir ehtiyac yox idi».
Məlumatı verən mənbə bildirir ki, indi icra hakimiyyətinin işçiləri yeni açılan yeməkxanada yemək yemək zorundadırlar: «Özü də baha qiymətə. Maraqlıdır ki, yeni yeməkxananı icra başçısının köməkçisinin qaynanası işlədir. Buradan hər şeyi müəyyən etmək olar. Yəni xeyir özgə ciblərə getmir».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər