BolgeXeber.Com » Bölgə » Yenidən qurulan rayon- Masallı-Fotolar

Yenidən qurulan rayon- Masallı-Fotolar

30-10-2012, 11:25
Oxunub: 4 715 Rayonun elə bir küçəsi yoxdur ki, orada təmir-tikinti işləri aparılmasın

Bu yazıya başlıq seçərkən bir xeyli fikirləşməli oldum. Daha doğrusu Masallıda gördüklərim bu başlığı seçməyə mənə kömək etdi. Rayonun girişi həqiqətən nağıllar diyarına bənzədir Masallını.

Bir neçə ay öncə Prezident İlham Əliyevin sərəncamı ilə Masallıya İcra başçısı təyin edilən Rafil Hüseynov sözün əsl mənasında rayonda inqilab edir. Bu qədər gəzdiyim rayonlar arasında belə qızğın işi ancaq Masallıda gördüm.

Məlumat üçün bildirim ki, Rafil Hüseynovun təyinatından sonra rayonda Beynəlxalq Folklor Festivalı keçirildi, Yeni Azərbaycan Partiyasının binasının və Boks Federasiyasının inşasına başlanıldı. Bütün idarə və müəssələr yenidən təmir olunur, gözəlləşdirilir. Bir sözlə sözün əsl mənasında Masallı rayonu yenidən qurulur. Rayonun elə bir küçəsi yoxdur ki, orada təmir-tikinti işləri aparılmasın.

Operatorumuzla rayonu gəzərkən qarşımıza çıxan insanlardan rayonun yenidən qurulması ilə bağlı soruşduq. Elə bir adam qarşımıza çıxmadı ki, görülən işləri tərifləməsin.

Yaxın günlərdə Masallı rayonundan hazırladığımız geniş Videoreportajı Sizlərə təqdim edəcəyik.

Fatimə Rafiqqızı/Masallı-Bakı/