BolgeXeber.Com » Bölgə » Ailənin tək uşağı olan Kənan sünnət zamanı niyə dünyasını dəyişdi? - TƏFƏRRÜATLAR - VİDEO

Ailənin tək uşağı olan Kənan sünnət zamanı niyə dünyasını dəyişdi? - TƏFƏRRÜATLAR - VİDEO

5-05-2017, 11:38
Oxunub: 3 308 Ailənin tək uşağı olan Kənan sünnət zamanı niyə dünyasını dəyişdi? - TƏFƏRRÜATLAR - VİDEOMasallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynov ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb

Bolgexeber.com məlumat verir ki, ailənin tək uşağı olan Kənanın atası iki il əvvəl dünyasını dəyişib. Məlum olub ki, Hüseynovlar ailəsi uşağı xəstəxanada sünnət etdirmək istəsə də, həkim evə gəlməkdə israr edib.
Yaxınlarının sözlərinə görə, uşağın halı, deyildiyi kimi, əməliyyatdan əvvəl yox, məhz əməliyyat zamanı pisləşib.
Buna baxmayaraq, həkim uşağı sünnət eləyib və nəticədə onun vəziyyəti daha da pisləşib, hətta ağzından köpük gəlib.
Kənanı sünnət edən həkim Ramiz Sadıqov Masallının Ərkivan kəndində yaşayır.
O, "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, azyaşlının vəziyyəti ağırlaşdığına görə onu tələsik öz avtomobili ilə xəstəxanaya çatdırıb.
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Kənanın ölümünün ilkin səbəbini açıqlayıb. Mərkəzdən bildirilib ki, meyitin üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa "Novakain" dərmanının vurulmasında sonra yaranıb və uşaqda "Novakain"ə qarşı reaksiya baş verib. Yəni ölümə səbəb uşağın qorxması olmayıb. Kənanın sağlamlığı ilə bağlı başqa problem qeydə alınmayıb.