BolgeXeber.Com » Bölgə » Kərəm Həsənovun müavininin adı qalmaqalda

Kərəm Həsənovun müavininin adı qalmaqalda

5-11-2012, 17:55
Oxunub: 4 229 "Satıcı olaraq çalışan biri birdən–birə orta məktəb direktoru kimi məsul vəzifəyə necə təyin oluna bilər?”

Cəlilabad rayonu Astanlı kənd orta məktəbinin on nəfər ali və pedoqoji orta təhsilli müəllimləri məktəb direktoru ilə bağlı şikayət ərizəsi yazıblar.

“Qafqazinfo”ya müraciət edən müəlimlər məktəbə iki ildir direktor təyin olunan Həqiqət Həsənovanın qanunsuz əməllərindən şikayətçi olduqlarını bildiriblər. Müəllimlərin sözlərinə görə, direktor heç bir əsas olmadan müəllimləri işdən çıxarır, bəzi təhsil işçilərinə isə töhmət verir: “Məktəbimizə iki ildir direktor təyin olunan Həqiqət Həsənova əsəblərimizlə hər gün açıq-aşkar ancaq pul qazanmaq xatirinə oynamasından təngə gəlmişik. Direktor olandan sonra nahaq yerə neçə texniki işçini işdən azad edib”.

Müəllimlər yalnız direktordan deyil, onun həyat yoldaşından da şikayətçidirlər. Belə ki, Malik Həsənovun bu yaxınlarda kollektivin şəhid ailəsinin, müəllimlərin qarşısında şəhidlərə həsr olunan stendi təhqir etdiyi deyilir: “Bilmirik direktor özüdür, yoxsa əri”.

Məktəb direktorunun pedaqoji şura çağırılmadan işçilərə qeyri-qanuni cəza verildiyini, müəllimlərdən qanunsuz olaraq əməkhaqqı tutduğunu iddia edirlər: “1998-ci ildə “İgidliyə görə” medalı ilə təltif olunan Nağıyev Ehtiram Mirzaxan oğlunun həyat yoldaşı, iki məktəbli anası ali təhsilli müəllimə Nağıyeva Sevda Fərəc qızı heç bir əsas olmadan rayon təhsil şöbəsi ilə razılaşdırılmadan, işdən azad olunub”.

Məktəb müəllimlərinin sözlərinə görə, Həqiqət Həsənova Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə olunması üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazovun bacısıdır: “Cəlilabadda İran ticarət mərkəzində, həmçinin Bakının Sədərək bazarında satıcı olaraq çalışan biri birdən–birə orta məktəb direktoru kimi məsul vəzifəyə necə təyin oluna bilər?”.

Müəllimlər məsələ ilə bağlı Prezident Administrasiyasına, millət vəkili Qənirə Paşayevaya, təhsil naziri Misir Mərdanova, Cəlilabad rayon icra hakimiyyətinə müraciət etsələr də şikayətlərinin cavabız qaldığını bildirilər.