Ermənilər Tərtəri iki istiqamətdən atəşə tutublar - İcra başçısı
17-05-2017, 18:29
Oxunub: 4 893
Mayın 16-da axşam saatlarında Tərtər rayonunun təmas xəttində yerləşən ərazisi erməni silahlı birləşmələri tərəfindən iki istiqamətdən atəşə tutulub
Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilər həmin əraziləri minaatanlardan atəşə tutublar:
"Təxminən saat 22:30 radələrinə qədər ərazilərimiz atəşə tutuldu. Kəndlərdə dağıntı yoxdur. Əsasən boş sahələrimiz atəşə tutulub. 22:30 radələrində Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurdu. Hazırda sakitçilikdir, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
Eyni zamanda, düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.
Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.
Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər