BolgeXeber.Com » Bölgə » Şəmkirdə 5 nəfər avtomobildə yandı

Şəmkirdə 5 nəfər avtomobildə yandı

7-11-2012, 11:55
Oxunub: 4 200 Noyabrın 6-da Şəmkir rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib

Bolgexeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “VAZ” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yanğın baş verib.

Nəticədə “VAZ 2107” markalı avtomobilin yanar hissələri yanıb, hər iki avtomobilin sürücüsü və 3 nəfər sərnişin xəsarət alıb. Sərnişinlərdən biri - 1960-cı il təvəllüdlü Ataşova Mətanət Allahqulu qızı isə hadisə yerində ölüb.