Füzulidə taxıl biçininə start verilib - FOTOLAR
1-06-2017, 12:31
Oxunub: 5 263
Füzuli rayon İcra Hakimiyyətində taxıl biçininə hazırlıqla əlaqədar müşavirə keçirilib
Müşavirədə rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, iri taxıl istehsalçıları, mexanizatorlar iştirak edib.
Bolgexeber.com xəbər verir ki, müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident cənab İlham Əliyevin respublikada ərzaq bolluğu yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsi istiqamətində verdiyi tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda görülən işlərdən danışıb. Bildirib ki, 2016-2017-ci təsərrüfat ilində rayonda 36 min 82 hektar ərazidə taxıl yetişdirilib. Bunun da 24 min 838 hektarı buğda, 11 min 244 hektarı arpadır. Rayon üzrə əkilən taxıl sahələrinin 7 min 265 hektarını isə pay torpaqları təşkil edir.
Alı Alıyev qeyd edib ki, Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq rayonda cari ildə 4000 ha ərazidə hər biri 1000 ha olmaqla 4 iri fermer təsərrüfatı yaradılıb.
“Taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrin vaxtında gübrələnməsi, aqrotexniki tədbirlərə əməl edilməsi sayəsində bu il bol məhsul götürülməsi proqnozlaşdırılır. Cari ildə rayonda istehsal olunacaq yüksək keyfiyyətli taxılın bir hissəsinin isə Dövlət Taxıl Fonduna tədarük olunacağı nəzərdə tutulub.”,-deyə Alı Alıyev vurğulayıb.
Müşavirədə rayonda taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri, texnikanın hazırlıq vəziyyəti müzakirə olunub, kombaynların kəndlər üzrə bölgüsü aparılıb.
Qeyd edilib ki, əkin sahələri nəzərə alınmaqla, taxıl biçinini növbəlilik əsasında həyata keçirmək üçün rayonda xüsusi Qərargah yaradılıb. Yanğın təhlükəsizliyi, həmçinin taxılın tez və itkisiz yığılıb daşınması üçün tədbirlər görülüb.








Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər