Füzulinin səfərbərlik idarəsindən rüşvət şikayəti
14-11-2012, 00:10
Oxunub: 4 618
“Arif Həsənov dedi ki, mən yuxarıların adamıyam...”
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin rəisi vəzifəsini icra edən polkovnik-leyteant Arif Həsənovun rüşvət alması və şöbədə korrupsiya hallarının baş alıb getməsi haqqında Azərbaycan Respublikasının dövlət və hökumət orqanlarına dəfələrlə etdiyimiz şikayətlərə baxmayaraq məsələ ilə bağlı heç bir tədbir görülməyib”. Bu sözlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin keçmiş əməkdaşları Ramil Hüseynov və Zülfüqar Hüseynovun Bolgexeber.com-a ünvanladıqları müraciətdəndir.
Adı çəkilən şəxslər iddia edirlər ki, 2012-ci il oktyabrın 16-da Arif Həsənov Füzuli rayonu Horadiz şəhərində onlarla görüşən zaman deyib ki, hansı dövlət orqanlarına müraciət etmələrindən asılı olmayaraq ona gözün üstə qaşın var deyən olmayacaq: “Bizə bildirdi ki, siz mənim haqqımda onlarla fakt təqdim etsəniz belə mənə bata bilməzsiniz. Çünki mən lap yuxarıların adamıyam. Onu da qeyd edək ki, bizim dövlət orqanların şikayətlərimizdən sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində yoxlamalar aparılıb. Şöbənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilsə də bu qanunsuzluqlara yol verən şəxslərlə bağlı heç bir tədbir görülməyib. Əksinə, yoxlamalardan sonra vətəndaşların saxta tibbi arayışlarla hərbi xidmətdən yayınması üçün tələb olunan rüşvətin qiyməti 5000 manata qədər qaldırılıb. Təkrar tibbi komissiyadan keçmənin qiyməti isə daha öncələrdəki kimi 300 yox, 400 manatdır. Arif Həsənov bizə ismarış göndərib ki, onun haqqında yazmaqdan əl çəkək. Çünki nəticədə ziyan çəkən o deyil, vətəndaş olur. Biz Azərbaycan dövlətinin təhlükəsizliyi üzrə önəmli bir qurumda Arif Həsənov kimi saxtakar və məsuliyyətsiz şəxslərin yüksək vəzifə tutmasına etirazımızı bildirir, rəsmi qurumlardan bölmədə baş alan qanunsuzluqlarla bağlı ciddi ölçü götürməyi tələb edirik”.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər