Bacısı ilə yaxaladığı qonşusunu öldürdü
14-11-2012, 12:45
Oxunub: 5 083
Noyabrın 14-nə keçən gecə Yevlax rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.
Bolgexeber.com-un əldə etdiyi məlumata görə, 20 yaşlı Elxan Əsgərov həmyerlisi 21 yaşlı Vidadi Məmmədovu qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə, öldürülən V.Məmmədovla hadisəni törədən E.Əsgərov qonşudurlar. Onlar Yevlaxda yeni salınmış Kərimov küçəsində yaşayırlar. Hadisədən əvvəl isə E.Əsgərov 19 yaşlı bacısı A.Ə-dən şübhələnib. O bacısını izləyib və noyabrın 14-nə keçən gecə, saat 23:30 radələrində onları görüşərkən yaxalayıb. 20 yaşlı oğlan əvvəlcə qonşusuna bir neçə bıçaq zərbəsi vuraraq onu öldürüb, daha sonra isə o bacısını bıçaqlayıb.
Hər iki yaralı xəstəxanaya aparılıb. Lakin 21 yaşlı V.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Gənc qızın müalicəsi isə davam etdirilir.
Fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər