Masallıda vəziyyət gərgin olaraq qalır
25-01-2011, 15:25
Oxunub: 7 225
Dindarlar bu gün səhərdən etibarən aksiyalarını davam etdirəcəklər
Xəbər verdiyimiz kimi, dünən günorta saatlarından etibarən bir qrup dindar Masallı rayon Polis Şöbəsinin qarşısında etiraz aksiyası keçirib. Bolgexeber.com-a verilən məlumata görə, İranın «Səhər-2» telekanalına açıqlama verən dindarlardan birinin həbs olunmasına etiraz əlaməti olaraq keçirilən aksiya polisin təkidi ilə təxirə salınıb.
Rayondan aldığımız son məlumatlara görə, dünənki aksiya dayandırılsa da, Masallıda vəziyyət gərgin olaraq qalır. Bolgexeber.com-a verilən məlumata görə, «Səhər-2» telekanalında Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid edən mollanın həbsinə etiraz edənlər bu gün də Polis Şöbəsinin qarşısına toplaşaraq, aksiyalarını davam etdirməyi planlaşdırırlar.
Bolgexeber.com-a verilən məlumatlarda o da deyilir ki, hal hazırda rayon polisi xüsusi hazırlıq vəziyyətinə gətirilib. Buna səbəb bu gün keçirilməsi gözlənilən aksiya zamanı təxribatların ola biləcəyidir. Həmçinin polis rayonda iğtişaşın yaranmaması üçün də analoji tədbirləri indidən görməyə başlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər